Dibala nə üçün ərəblərlə razılaşmadı? (AÇIQLAMA)

“Roma”nın futbolçusu Pauli Dibala Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Qadsiya”nın 75 milyon avroluq təklifini rədd edib.

Futbolpress.az xəbər verir ki, oyunçu yerli mətbuata açıqlamasında “yox” deməyinin səbəbini izah edib:

“Səudiyyə Ərəbistanından təklif? Hamı məsələnin maddi tərəfinə baxır. Amma mən bir çox şeyi nəzərə aldım. 30 yaşımdayam və özümü hələ yaxşı hiss edirəm. Bacardığım qədər yüksək səviyyədə oynamaq istəyirəm”.

“Əl Qadsiya” Dibalaya illik 25 milyon avro qazanacağı üç illik sözləşmə təklif etmişdi.