“Roma”nın hücumçusu Paulo Dibala karyerasını İspaniyada davam etdirə bilər.
Futbolpress.az “Todofichajes”ə istinadən xəbər verir ki, onun xidmətində “Atletiko” maraqlıdır.
Dibalanın “Roma” ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir. Lakin Madrid təmsilçisi sözləşmədə qeyd olunan 12 milyon avro təzminat məbləğini ödəməyə hazırdır.
Argentinalı futbolçu 2022-ci ildən İtaliya klubunda çıxış edir.