Argentina millisi yoldaşlıq oyunu keçirib.
Futbolpress.az xəbər verir ki, “tanqoçular” Ekvador seçməsi ilə üz-üzə gəlib. Görüş Argentina yığmasının qələbəsiylə başa çatıb. Yeganə qolu Anxel Di Mariya vurub.
Argentina yığması iyunun 20-də start götürəcək Amerika Kubokunda mübarizə aparacaq. Yoldaşlıq görüşü məhz bu matçlara hazırlıq məqsədi daşıyır.