Di Mariyanın müqaviləsi uzadıldı

“Benfika” futbolçusu Anxel Di Mariya ilə müqaviləni uzadıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 36 yaşlı futbolçunun sözləşməsi 2026-cı ilin yayına kimi artırılıb.

Di Mariya daha əvvəl PSJ, “Real”, “Yuventus”, “Mançester Yunayted”də çıxış edib.