Di Mariya onu pis məşqçi adlandırdı

Argentinalı futbolçu Anxel Di Mariya ESPN-ə müsahibə verib.

Futbolpress.az xəbər verir ki, o, karyerasının ən pis məşqçisinin adını açıqlayıb:

“Ən pis məşqçi Lui van Qaldır. Bu, şübhəsizdir. Siz soruşmadan öncə özüm demək istədim”.

Di Mariya və van Qal “Mançester Yunayted”də birgə işləyib. Yarımmüdafiəçi hazırda “Benfika”nın formasını geyinir.