“İnter Mayami”nin baş məşqçisi Xerardo Martino hazırda “Benfika”da çıxış edən vinger Anxel di Mariyanın mümkün transferindən danışıb.
Futbolpress.az xəbər verir ki, o, hazırda belə planlarının olmadığını deyib:
“İdman direktoru ilə bu haqda danışmamışam. Bilmirəm bu müqaviləni imzalamaq mümkün olar, ya yox, amma MLS-də hər kəsin əməl etməli olduğu qaydalar var”.
Argentinalı bu mövsüm 46 oyunda 16 qol, 15 məhsuldar ötürmə ilə yadda qalıb.