“Benfika”dan ayrılacağını açıqlayan Anxel Di Mariya karyerasını ABŞ-də davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, bu barədə “TEAMtalk” portalı məlumat yayıb. “İnter Mayami” klubu 37 yaşlı yarımmüdaifəçinin xidmətində maraqlıdır.
MLS təmsilçisi iyulun 24-dək Di Mariya ilə müqavilə imzalamaq niyyətindədir.
“İnter Mayami”də Lionel Messi, Serxio Buskets, Jordi Alba kimi futbolçular çıxış edir.
Di Mariya bu mövsüm 39 oyunda 15 qol vurub, 10 məhsuldar ötürmə edib.