“Bavariya”nın zədəli futbolçusu Alfonso Deyvisin son durumu məlum olub.
Futbolpress.az xəbər verir ki, kanadalı müdafiəçi tibbi müayinədən keçib və sol budunun arxasında əzələ lifinin qopması diaqnozu qoyulub.
Deyvisin bərpa vaxtı açıqlanmayıb. Onun azı bir ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.