“Bavariya”nın futbolçusu Alfonso Deyvis “Real”a keçəcəyi ilə bağlı iddialara cavab verib.
Futbolpress.az xəbər verir ki, müdafiəçi açıqlamasında bunları deyib:
“Hazırda agentim “Bavariya” ilə danışıqlar aparır. Nə olursa olsun, mən həmişə klubuma minnətdar olacağam”.
Deyvisin komanda ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir.
23 yaşlı futbolçu bu mövsüm 2 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.