Deşamdan ayrılıq qərarı

Fransa millisində baş məşqçi Didye Deşam DÇ-2026-dan sonra vəzifəsindən ayrılacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə “Lequipe” nəşri məlumat yayıb. Mütəxəssis öz istəyi ilə postunu tərk edəcək.

Deşamın belə qərar verməsinin səbəbi məlum deyil. Yığma dünya çempionu olsa belə, mütəxəssisin qərarının dəyişməyəcəyi bildirilib. Deşam sabah mətbuat konfransı təşkil edəcək və qərarını açıqlayacaq.

Didye 2012-ci ildən milliyə rəhbərlik edir. Yığma onun başçılığı altında DÇ-2018-in qalibi olub.