Azərbaycan Premyer Liqasının XXXI turunun “Qarabağ” – “Neftçi” oyununu FIFA referisi Elçin Məsiyev idarə edəcək.
Futbolpress.az-ın məlumatına görə, Məsiyev bu mövsüm “atlılar”ın 6, “ağ-qaralar”ın isə 2 görüşündə idarəçilik edib.
“Qarabağ” FIFA referisinin baş hakim olduğu görüşlərdə 4 qələbə qazanıb, 1 dəfə uduzub, 1 dəfə də heç-heçə edib. Məsiyev sonuncu dəfə “Qarabağ” – “Səbail” (5:0) görüşündə iş başında olub.
“Neftçi” isə Məsiyevin idarəçiliyi altında iki oyunda bir qələbə qazanıb, bir dəfə uduzub.
Elçin Məsiyev ümumiyyətlə bu mövsüm Premyer Liqada 15 görüşdə baş hakim olub. O, 40 sarı vərəqə göstərib, 2 dəfə “qırmızı” verib. Referi 3 dəfə də penalti təyin edib.
Aprelin 19-da keçiriləcək “Qarabağ” – “Neftçi” oyununa saat 20:00-da start veriləcək.
Şahin Cəfərov