Türkiyə Super Liqasının XI turunda keçirilən “Qalatasaray” – “Beşiktaş” oyununun baş hakimi Arda Kardeşler cəzalanıb.
Futbolpress.az xəbər verir ki, oyunda mübahisəli qərarları ilə diqqət çəkən referi Türkiyə Mərkəzi Hakimlər Komitəsi tərəfindən cəzalanıb. Qurum referinin səhv qərarlar verdiyini qəbul edib və onun bir neçə oyun təyinat almayacağını açıqlayıb.
“Qalatasaray” “Beşiktaş”ı 2:1 hesabıyla məğlub edib.