“Qalatasaray” Super Liqada martın 29-da “Beşiktaş”ın qonağı olacaq.
Futbolpress.az xəbər verir ki, “sarı-qırmızılar”ın rəhbərliyi derbi qələbəsi üçün mükafat müəyyənləşdirib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
“Qalatasaray” matçı qazansa, rəhbərlik 123 milyon TL (5,6 milyon manat) mükafat verəcək.
Martın 29-da baş tutacaq oyuna saat 21:30-da start veriləcək.