Depay üçün təklif hazırlığı

“Atletiko”dan ayrılan Memfis Depay karyerasını Braziliyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Korintians” niderlandlı hücumçunun xidmətində maraqlıdır. Bu barədə ESPN telekanalı məlumat yayıb. Braziliya klubu Depaya 2 illik müqavilə təklif etməyə hazırlaşır.

30 yaşlı hücumçu ötən mövsüm “Atletiko”da 40 oyunda 13 qol vurub, 2 məhsuldar ötürmə edib.