Dembele: “Favorit bizik?”

Fransa millisinin futbolçusu Osman Dembele Avro-2024 şanslarını dəyərləndirib.

Futbolpress.az xəbər verir ki, vinger favorit göstərilmələrinə münasibət bildirib:

“Favorit bizik? Şəxsən komandada bunu müzakirə etmirik. Bizə favorit deyilər, razılaşa bilərik. Lakin hər şey meydanda həll ediləcək. Bütün diqqətimiz oyunlardadır”.

Fransa D qrupunda Niderland, Polşa və Avstriya ilə mübarizə aparacaq.