“Qarabağ”ın UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunda “Tottenhem”lə oyununu fransalı hakim Villi Delajo idarə edəcək.
“FutbolPress“in məlumatına görə, referi daha əvvəl də Azərbaycan təmsilçisinin oyunlarına təyinat alıb.
Delajo 2023-cü ilin avqustunda Avropa Liqasının III təsnifat mərhələsinin HİK (Finlandiya) – “Qarabağ” oyununda idarəçilik edib. Həmin görüş “atlılar”ın qələbəsiylə başa çatıb – 2:1. Bu görüşdə fransalı referi “Qarabağ”ın lehinə penalti qərarı verib, HİK-in futbolçusuna isə oyunun sonlarında qırmızı vərəqə göstərib.
Delajo bundan başqa, Avropa Liqasında 2022/23 mövsümündə “Frayburq”la qrupdakı səfər matçında VAR hakimi olub. Həmin matç isə “Qarabağ”ın məğlubiyyəti ilə başa çatıb – 1:2.
Sentyabrın 26-da keçiriləcək “Qarabağ” – “Tottenhem” oyunu saat 23:00-da start götürəcək.