“Barselona”nın idman direktoru Deku “Leypsiq”in futbolçusu Dani Olmonun agenti ilə görüşüb.
Futbolpress.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Deku yarımmüdafiəçinin “Barselona”ya keçidi variantlarını müzakirə edib.
Daha əvvəl Kataloniya klubunun futbolçu üçün 60 milyon avro ödəməyə hazır olduğu bildirilib.
Dani ötən mövsüm 32 oyunda 13 qol vurub, 7 məhsuldar ötürmə edib.