De Zerbi “Brayton”dan ayrılacaq – rəsmi

Roberto De Zerbi 2023/24 mövsümünün sonunda “Brayton”dan ayrılacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

De Zerbi 2022-ci ilin sentyabrında “Brayton”u çalışdırır. Onun rəhbərliyi altında komanda 38 qələbə qazanıb, 20 dəfə heç-heçə edib, 30 məğlubiyyətlə üzləşib.

Mütəxəssisin “Bavariya”ya keçəcəyi iddia olunur.

Komanda 37 oyundan sonra 48 xalla 10-cu pillədə qərarlaşıb.