De Yonqun durumu bilindi

İspaniya çempionatının 13-cü turunda “Real Sosyedad”la matçda zədələnən “Barselona”nın niderlandlı yarımmüdafiəçisi Frenk de Yonqun vəziyyəti müəyyənləşib.

Futbolpress.az xəbər verir ki, 27 yaşlı oyunçu Millətlər Liqası çərçivəsində Macarıstanla keçiriləcək matçda iştirak edə biləcək. Bu barədə Niderland millisinin baş məşqçisi Ronald Kuman məlumat verib. Təcrübəli mütəxəssis Frenkin hələ fərdi surətdə məşq etməsinə baxmayaraq, oyun gününə qədər hazır olacağını bildirib.

Qeyd edək ki, Niderland – Macarıstan görüşü noyabrın 16-da keçiriləcək.