“Barselona”nın sabiq futbolçusu Emmanuel Peti açıqlama verib.
Futbolpress.az xəbər verir ki, o, niderlandlı yarımmüdafiəçi Frenki de Yonqun yayda “Barselona”nı tərk etməli olduğunu deyib:
“De Yonq klubu tərk etməlidir. 4-5 ildir komandadır, ancaq bir faydası yoxdur. Yaxşı futbolçudur, amma “Barselona”ya yaraşmır. Düşünürəm ki, növbəti ünvanı İngiltərə olmalıdır”.
26 yaşlı futbolçu 2019-cu ildən “Barselona”da forma geyinir. O, bu mövsüm La Liqada 20 oyunda 2 qolla yadda qalıb.