De Xeanın yeni klubu rəsmiləşdi

“Mançester Yunayted”in sabiq futbolçusu David De Xea “Fiorentina”ya keçib.

Futbolpress.az xəbər verir ki, 33 yaşlı qolkiper A Seriyası təmsilçisi ilə rəsmi müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İspan qolkiperlə razılaşmanın detalları məlum deyil.

Son klubu “Mançester Yunayted” olan de Xea 2023-cü ilin yayından işsiz idi.