De Xea üçün təklif

İspaniyalı qapıçı David de Xea karyerasını İtaliyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, 32 yaşlı qolkiper “Fiorentina” ilə danışıqlar aparır. Bu barədə Nikolo Skira məlumat yayıb. “Bənövşəyilər” ispan qapıçıya 2 illik müqavilə və mövsümə 2,5 milyon avro maaş təklif edib.

De Xea 2023-cü ilin yayından klubsuzdur. Onun son ünvanı İngiltərədə “Mançester Yunayted” olub.