De Xea: “Karyeramı bitirmək haqda düşünməmişəm”

“Fiorentina”ya keçən David De Xea açıqlama verib.

Futbolpress.az xəbər verir ki, 2023-cü ilin yayında “Mançester Yunayted”dən ayrıldıqdan sonra bir il klubsuz qalan ispan qolkiper karyerasını bitirmək haqda düşünmədiyini deyib:

“Karyeramı bitirmək haqda düşünməmişəm. “Mançester Yunayted” top klubdur və ürəyim hər zaman bu komanda ilə olacaq. Böyük klubdan ayrıldıqdan sonra yeni çağırış üçün motivasiya tapmaq çətin idi. Yekunda axtardığım emosiyanı “Fiorentina”da tapdım”.

De Xea “Fiorentina” ilə 1 illik müqavilə imzalanıb.