De Xea İtaliyada özünə klub tapdı

İspaniyalı qapıçı David De Xea karyerasını İtaliyada davam etdirə bilər.

Futbolpress.az xarici mətbuata istinadən xəbər verir ki, “Mançester Yunayted”in sabiq qapıçısı ilə “Fiorentina” maraqlanır. Gələn məlumatda qeyd olunur ki, Florensiya klubu 33 yaşlı çərçivə qoruyucusu ilə 2026-cı ilə qədər razılıq əldə etməyə yaxındır. 12 il formasını geyindiyi “qırmızı şeytanlar”dan ötən il ayrılan De Xea 1 ilə yaxındır ki, azad agentdir.