De Rossi liderlə oyunu kənardan izləyəcək

“Roma”nın baş məşqçisi Daniele De Rossi cəzalanıb.

Futbolpress.az xəbər verir ki, İtaliya A Seriyasının IV turunda “Cenoa” ilə matçda (1:1) qırmızı vərəqə alan mütəxəssis bir oyunluq diskvalifikasiya edilib.

De Rossi sentyabrın 22-də çempionatın lideri “Udineze”yə qarşı keçiriləcək görüşdə texniki zonada yer almayacaq.

“Roma” A Seriyasında 4 turdan sonra 3 xalla 16-cı sıradadır.