“Bavariya”nın müdafiəçisi Matias De Lixt komandadan ayrıla bilər.
Futbolpress.az yerli mətbuata istinadən xəbər verir ki, Münxen təmsilçisi “Bayer”in üzvü Conatan Tanı heyətinə qatacağı təqdirdə De Lixt başqa komandaya keçəcək.
Onun “Bavariya” ilə 2027-ci ilin yayına qədər müqaviləsi var.
Niderlandlı futbolçu bu mövsüm 30 matçda 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.