“Bavariya”nın müdafiəçisi Matteys de Liqt Çempionlar Liqasının yarımfinalında “Real”a məğlub olduqları görüşdən sonra fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, niderlandlı oyunçu 1:2 hesabıyla başa çatan görüşlə bağlı bunları deyib:
“Hamımız qərarları bilirik, epizod ofsayd deyilsə, hücum davam etməlidir. Qayda budur. Qərarlar rəzalət idi. Xoselunun vurduğu qol da demək olar, ofsayd idi, ancaq onlardavam etdilər. Biz nə üçün edə bilmədik? Yan xətt hakimi məndən üzr istədi və səhv etdiyini söylədi”.