De la Fuente ən yaxşı seçildi

İspaniyanın çalışdırıcısı Luis de la Fuente IFFHS (Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası) tərəfindən milli komanda səviyyəsində 2024-cü ilin ən yaxşı baş məşqçisi seçilib.

Futbolpress.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının hazırladığı siyahıda Argentinanın çalışdırıcısı Lionel Skaloni 2-ci, Fransanın baş məşqçisi Didye Deşam isə 3-cü olub. Türkiyə milli komandasının rəhbəri Vinçenzo Montella 8-ci pillədə yer alıb.

Ən yaxşı 10 məşqçi aşağıdakı kimidir:

1. Luis de la Fuente (İspaniya) – 274 xal

2. Lionel Skaloni (Argentina) – 148

3. Didye Deşam (Fransa) – 35

4. Qaret Sautqeyt (İngiltərənin sabiq məşqçisi) – 26

5. Emerse Fae (Fildişi Sahili) – 18

6. Yulian Naqelsmann (Almaniya) – 17

7. Nestor Lorenzo (Kolumbiya) – 14

8. Vinçenzo Montella (Türkiyə) – 8

9. Villi Sanol (Gürcüstan) – 6 

10. Marselo Bielsa (Uruqvay) – 5