De la Fuenta: “Tarix yazmağa davam etmək istəyirik”

İspaniya millisinin baş məşqçisi Luis de la Fuenta Avro-2024-də finala yüksəldikləri oyunu şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis Fransanı 2:1 hesabıyla məğlub etdikləri matçdan sonra bunları deyib:

“Xoşbəxtik. Yarımfinala yüksələndə sevinmişdik, indi daha sevincliyik. Bəzi futbolçularımın inanılmaz performansı ilə qürur duyuram. Rəqiblərin gücü bəllidir, amma əla uğurlar qazandıq. İndi tarix yazmağa davam etmək istəyirik. Berlindəki finalda mübarizə aparmaq üçün motivasiyalıyıq”.