Azərbaycan yığmasının sabiq baş məşqçisi Canni De Byazi İtaliya mətbuatına açıqlama verib.
Futbolpress.az “La Stampa”ya istinadən xəbər verir ki, mütəxəssis millinin hazırkı çalışdırıcısı Fernandu Santuş haqda fikirlərini bölüşüb:
“Albaniyada mənə tam səlahiyyət verilmişdi və bu, nəticələrdə özünü göstərdi. Azərbaycandakı işimdən də razı qaldım. İndi onlara Fernandu Santuş rəhbərlik edir. Böyük təcrübəsinə baxmayaraq, çətinlik çəkir”.
De Byazi 2020-ci ilin yayından 2023-cü ilin noyabrına kimi Azərbaycan yığmasını çalışdırıb.