De Bruyne Səudiyyə Ərəbistanı klubuna keçə bilər

“Mançester Siti”nin futbolçusu Kevin de Bruyne karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi “Əl İttihad”la razılığa gəlib. Bu barədə “Daily Mail” nəşri məlumat yayıb. Səudiyyə Ərəbistanı klubu oyunçunun transferi üçün “şəhərlilər”lə danışıqları davam etdirir.

De Bruynenin “Mançester Siti” ilə müqaviləsi 2025-ci ilin yayına kimidir.