De Bruyne rəqiblərdən danışdı

“Mançester Siti”nin futbolçusu Kevin de Bruyne “İnter” və “Yuventus”un Çempionlar Liqası şansından danışıb.

Futbolpress.az xəbər verir ki, belçikalı yarımmüdafiəçi İtaliya təmsilçiləri haqda bunları deyib:

“İki il əvvəl finalda “İnter”lə oynadıq. Onlar zirvədə idilər. İndi də yaxşı çıxış edirlər. “Yuventus” da fəlsəfəsini dəyişməli idi. Böyük klublardır və həmişə onlarla oyunlar möhtəşəm keçir.

“İnter” və “Yuventus” Çempionlar Liqası üçün mübarizə apara bilər? Bu haqda danışmaq hələ tezdir”.

“Mançester Siti” Çempionlar Liqasının Liqa mərhələsində sentyabrın 18-də “İnter”, dekabrın 12-də isə “Yuventus”la qarşılaşacaq.