De Bruyne: “Çoxlu pulum var, amma…”

“Mançester Siti”nin futbolçusu Kevin de Bruyne karyerası ilə bağlı açıqlama verib.

Futbolpress.az xəbər verir ki, belçikalı yarımmüdafiəçi adının Səudiyyə Ərəbistanı klubları ilə hallanmasına münasibət bildirib:

“Mançester Siti”də qalıram. Çox xəbərlər görürəm, ancaq kimsəylə danışmadım. Yaxşı təklif olarsa, Qvardiolaya getmək istədiyinizi deyə bilərsiniz, bu, mümkündür. Ancaq mən getmək istəmirəm.

Çoxlu pulum var, amma fantastik təklif olarsa, ailəmi, dostlarımı, qohumlarımı da düşünməliyəm”.