De Bruyne “Arsenal”la oyunda olacaq?

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola yarımmüdafiəçi Kevin de Bruyne haqda danışıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis belçikalı futbolçunun Premyer Liqanın V turunun “Arsenal”la oyununda iştirakının sual altında olduğunu söyləyib:

“Kevin indi özünü daha yaxşı hiss edir, ancaq hələ tam sağalmayıb. Son məşqdən sonra vəziyyətinə baxacağıq. “Arsenal”la oyunda oynamaq ehtimalı var”.

Sabah keçiriləcək “Mançester Siti” – “Arsenal” oyunua 20:30-da start veriləcək.