De Bleker: “Turan Tovuz”un qolu qaydalar çərçivəsində vurulub”

AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker Azərbaycan Premyer Liqasının XX turunda keçirilən “Qarabağ” – “Turan Tovuz” (1:2) oyununda mübahisəli epizodu şərh edib.

Futbolpress.az xəbər verir ki, funksioner qonaqların birinci qolunda qayda pozuntusu olmadığını deyib:

“90-cı dəqiqə: Hesaba alınan qol

“Turan Tovuz”un futbolçusu künc zərbəsindən topu qapı qarşısına ötürür. “Qarabağ”ın qapıçısı (Şahrudin Məhəmmədəliyev) topa çıxır və yumruğu ilə onu uzaqlaşdırır. Top “Turan Tovuz”un 40 nömrəli oyunçusunun (Kauan Martins) önünə düşür və o, qol vurur.

VAR-da görüntülər izlənildikdən sonra qapıçının tarazlığını pozan heç bir qayda pozuntusu (qapıçı ilə mübarizə/kontakt) olmadığı görünür. Qol qaydalar çərçivəsində vurulduğu üçünv hesaba alınır”.

Qeyd: “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında rəqibin qolunun qaydalar çərçivəsində vurulmadığını deyib.