DÇ-2026-ya vəsiqə qazanan üçüncü komanda məlum oldu

İran millisi 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatına vəsiqə qazanan üçüncü komanda olub.

Futbolpress.az xəbər verir ki, təsnifat turnirinin səkkizinci turunda Əmir Qalenoyun komandası Özbəkistan yığması ilə heç-heçə edərək (2:2) dünya çempionatına vəsiqəni təmin edib.

Bundan əvvəl Yaponiya və Yeni Zelandiya milliləri dünya çempionatına vəsiqə qazanmışdı. ABŞ, Kanada və Meksika yığmaları turnirin ev sahibi kimi iştirak etmək hüququ qazanacaqlar.