Bu gün futbol üzrə 2026-cı il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində daha 6 oyun baş tutub.
Futbolpress.az xəbər verir ki, birinci oyunda Norveçə uduzan İtaliya yığması bu dəfə Moldovanı məğlub edir. Norveç isə Estoniyada minimal hesablı qələbəyə sevinib.
DÇ-2026
Avropa zonası, seçmə mərhələ
9 iyun
I qrupu
İtaliya – Moldova 2:0
Qollar: Raspadori, 40. Kambyazo, 50.
Estoniya – Norveç 0:1
Qol: Haland, 62.
Xallar: Norveç – 12. İsrail – 6. Estoniya – 3. İtaliya – 3. Moldova – 0.
J qrupu
Qazaxıstan – Şimali Makedoniya 0:1
Qol: Traykovski, 33.
Belçika – Uels 4:3
Qollar: Lukaku, 15-pen. Tilemans, 19. Doku, 27. De Bruyne, 88 – H.Uilson, 45+7-pen. S.Tomas, 51. B.Conson, 70.
Xallar: Şimali Makedoniya – 8. Uels – 7. Belçika – 4. Qazaxıstan – 3. Lixtenşteyn – 0.
L qrupu
Xorvatiya – Çexiya 5:1
Qollar: Kramariç, 42; 75. Modriç, 62-pen. Perişiç, 68. Budimir, 72-pen – Souçek, 58.
Farer adaları – Cəbəllüttariq 2:1
Qollar: Frederiksberq, 71. Yohannesen, 86 – Skanlon, 23.
Xallar: Çexiya – 9. Xorvatiya – 6. Monteneqro – 6. Farer adaları – 3. Cəbəllüttariq – 0.