“Napoli” Xviça ilə yeni müqavilə danışıqları ilə bağlı sualı cavablandırıb.
Futbolpress.az xəbər verir ki, “Napoli”nin direktoru Covanni Manna yarımmüdafiəçi Xviça Kvaratsxeliyanın yeni müqaviləsi haqda danışıb: “Biz Xviçanın mükafatlandırılması üçün yeni sazişlə bağlı danışıqlar aparmaq istəyirik. Danışıqlarımız hələ də davam edir, razılığa gələ bilməsək, mövsümün sonunda yenidən görüşəcəyik”.
23 yaşlı gürcü futbolçu 2022-ci ildən İtaliya təmsilçisinin heyətində çıxış edir.