“Danışanda əzilmiş kimi sayılırıq” – Azər Bağırov

Azərbaycan Premyer Liqasının XVI turunun “Kəpəz” – “Zirə” oyunundan (0:4) sonra qonaq komandanın meydan sahibi komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Oyunun əvvəlində Ehtiram Şahverdiyevə qarşı kobulduq olan epizodun təkrarını izləmisiz?
– Əlbəttə baxmışıq. Rəqib Ehtiramı yüz faiz dartır, vurur. Hakimlər zəif komandalarda qarşı hansısa qərarı verəndə düz olurlar. Bu barədə danışmaq istəmirəm. Danışanda əzilmiş kimi sayılırıq.

– Luis Paçunun zədələnməsi oyununuza təsir etdi?
– Deməzdim. Orxan Əliyevin yüz faizli 3 epizodu oldu. O epizodlardan maksimum yararlanmalı idi. Həmişə demişəm, oyuna köklənmək çox önəmlidir. Həmin epizodlarda konsentrasiya istənilən kimi deyildi.

– Komanda 9-cu pillədədir. Qışda nələri dəyişmək istəyirsiz?
– Yuxarı pillə ilə də çox böyük məsafəmiz yoxdur. Gücləndircəyimiz mövqelər olacaq. Hələ bu barədə danışmaq tezdir. Qarşıda 2 oyun var. Bu matçları xal baxımından yaxşı dəyərləndirmək lazımdır.

– Premyer Liqada qalmaq sizin üçün uğur sayılacaq?
– Klubun strategiyası Premyer Liqada qalmaqdır. Yuxarı qalxsaq, bizim uğurumuz olacaq. Çox işləmək, səhvləri minimuma endirmək lazımdır.

Şahin Cəfərov