Daha iki klub “Çelsi”nin üzvünü transfer etmək istəyir

“Tottenhem” və “Atletiko” “Çelsi”nin yarımmüdafiəçisi Konor Qallaxeri transfer etmək istəyir.

Futbolpress.azDaily Mail”ə istinadən xəbər verir ki, “Çelsi” sərfəli şərtlər altında Qallaxeri satmaq niyyətindədir.

Daha əvvəl “Aston Villa” ingilis futbolçu üçün hərəkətə keçmişdi. Onun komanda ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir.

Qallaxer bu mövsüm “Çelsi”nin heyətində 50 oyun keçirib, 7 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.