Daha iki il “Neftçi”də – razılıq əldə olundu

“Neftçi” futbolçusu Ağadadaş Salyanskiy ilə müqaviləni artırıb.

FutbolPress“in əldə etdiyi məlumata görə, hücumçu daha iki il “ağ-qaralar”ın formasını geyinəcək.

Ağadadaş ötən mövsüm “Neftçi”nin əvəzedici komandası ilə 28 qol vurub. 19 yaşlı forvard Premyer Liqada isə 7 oyunda 1 qola imza atıb.

Şahin Cəfərov