“Daha böyük hədəflər üçün mübarizə apara bilərik”

“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino Premyer Liqanın sonuncu turunda “Bornmut”a qalib gəldikləri oyunu şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis fantastik mövsüm keçirdiklərini deyib.

“Qələbə üçün şadıq. Fantastik mövsüm keçirdik. Moyzes Kaysedo heyrətamiz qol vurdu. Beləsini çox görməmişəm. O, böyük istedaddır.

Mövsümün əvvəli çətin keçdi. Lakin son bir neçə ayda göstərdiyimiz oyundan məmnunam. Daha böyük hədəflər üçün mübarizə apara bilərik”.

“Çelsi” mövsümü 63 xalla 6-cı sırada bitirib.