Daha bir tanınmış oyunçu “Qalatasaray”a keçə bilər

“Mançester Yunayted”in futbolçusu Kazemiro karyerasını Türkiyədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Qalatasaray” braziliyalı yarımmüdafiəçini heyətinə qatmaq istəyir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. İstanbul klubu 32 yaşlı yarımmüdafiəçini icarəyə götürmək niyyətindədir. Tərəflər arasında danışıqlar artıq başlayıb.

Kazemiro bu mövsüm “qırmızı şeytanlar”la Premyer Liqada 3 oyunda meydana çıxıb.

“Qalatasaray” daha öncə “Napoli”dən hücumçu Viktor Osimheni icarəyə götürüb.