Daha bir mövsüm “Qalatasaray”da

“Qalatasaray” futbolçusu Dris Mertenslə razılaşıb.

Futbolpress.az xəbər verir ki, 37 yaşlı hücumçu daha bir mövsüm “cim-bom”un formasını geyinəcək. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Mertens bu mövsüm 48 oyunda 11 qol vurub, 17 məhsuldar ötürmə edib. Onun müqaviləsi yayda başa çatır.