Daha bir mövsüm “Nyukasl”da qalacaq

“Nyukasl” təcrübəli müdafiəçi Fabian Şör  ilə müqaviləni uzatdığını açıqlayıb.

Futbolpress.az xəbər verir ki, isveçrəli futbolçuyla 2026-cı ilin iyun ayının sonuna qədər davam edəcək əmək müqaviləsi imzalanıb.

Şör 2018-ci ilin yayında “Deportivo”dan “sağsağanlar”a transfer olunub. 33 yaşlı futbolçu bu mövsüm 33 matçda meydana çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.

“Nyukasl” hazırda Premyer Liqanın turnir cədvəlində 5-ci yerdədir.