“Bavariya” qapıçısı Manuel Noyeri 2026-cı ilin iyununa qədər klubda saxlamağa hazırlaşır.
Futbolpress.az xəbər verir ki, hazırda qabırğası sındığı üçün sıradan çıxmış 38 yaşlı alman əfsanəsi “Bavariya”da daha bir mövsüm keçirəcək. Onun yoxluğuna baxmayaraq, klub daha bir il onun xidmətlərini təmin etmək istəyir. Müqavilənin uzadılmasının hazırda “Ştutqart”da 2026-cı ilə qədər icarədə olan 28 yaşlı qapıçı Alexander Nubelə təsir göstərəcəyi gözlənilir.