Almaniya Bundesliqasına vəsiqə qazanan daha bir komanda məlum olub.
Futbolpress.az xəbər verir ki, II Bundesliqada 33 turdan sonra 66 xalla birinci sırada olan “Sankt-Pauli” elitaya vəsiqəni təmin edib. Komanda sona bir tur qalmış üçüncü sıradakı “Fortuna”nı 6 xal qabaqlayır.
Daha əvvəl “Holştayn Kil” Bundesliqaya vəsiqə əldə etmişdi.