Daha bir futbolçu “Real”da çıxış etmək istəyir

“Lill”in futbolçusu Leni Yoro “Real”a keçməyi arzulayır.

Futbolpress.az “Lequipe”ə istinadən xəbər verir ki, onun komanda ilə müqaviləsi mövbəti mövsümün sonunda başa çatacaq.

Həmçinin müdafiəçinin transferində “Real” da maraqlıdır. “Lill” 40 milyon avro qarşılığında Yoronu satmağa hazırdır.

18 yaşlı futbolçu ötən mövsüm 44 oyunda 3 qol vurub.