Azərbaycan Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümünə həsr edilən akademik avarçəkmə, kayak və kanoe üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasında növbəti medalı qazanıb.
Futbolpress.az xəbər verir ki, Niyaz Məlikov – Emil Zeynalov (2008-2009-cu il təvəllüdlü) cütlüyü kayak yarışında gümüş medal əldə edib. Onlar 100 metr məsafəyə yarışda mükafatçılar sırasına düşüb.
Bbu gün başa çatacaq turnirdə 21 ölkə təmsilçiləri qüvvəsini sınayır. Azərbaycan idmançıları daha əvvəl 1 qızıl, 2 gümüş və 5 bürünc medal əldə ediblər.