Daha 2 matçda komandasına kömək edə bilməyəcək

“Nyukasl”ın baş məşqçisi Eddi Hou  daha iki matçı buraxacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti rəsmi məlumat yayıb. Hou aprelin 11-də pnevmoniyaya görə xəstəxanaya yerləşdirilib. Bu səbəbdən, çalışdırıcı “Nyukasl”ın evdə “Mançester Yunayted” ilə matçda iştirak etməyib. Lakin baş məşqçinin yoxluğuna baxmayaraq, “sağsağanlar” qalib gələrək Çempionlar Liqası zonasına düşüb.

Hounun köməkçiləri bundan sonra “Nyukasl”ı “Kristal Pelas” (16 aprel) və “Aston Villa” (19 aprel) qarşısına çıxaracaq.